Azərbaycanlı ağır atletlər Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edə bilərlər. Bu barədə Lent.az xəbər yayıb.
Azərbaycan Ağır Atletika Federasiyası açıqlama verib. Bildirilib ki, yığma komandamızın təsnifat xarakterli turnirdə iştirakı üçün məlumatlar onlayn sistem vasitəsilə ilkin olaraq göndərilib:
“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər təqdim edilməlidir. Sadəcə prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca ictimaiyyətə məlumat veriləcək".