Ağstafada avtomobilin vurduğu piyada Bakıda dünyasını dəyişib. Bu barədə 5 noyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 30-da Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi "VAZ-2106" markalı, 21 BG 428 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Məmmədov Rasim Kərəm oğlunu vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən noyabrın 4-də Bakıda vəfat edib.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” və “yol-nəqliyyat hadisəsi yerindən qaçma” maddələri ilə cinayət işi başlanıb.