11 yaşlı İmişli sakini Zaqatalada zəhərlənmədən ölüb. Bu barədə 7 iyul tarixində Report məlumat verib.
Belə ki, İmişli rayon sakini, 2012-ci il təvəllüdlü Dəniz Nuri zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi xəstəxanasına daxil olub.
Tibbi müdaxilələrə baxmayaraq, yeniyetmə orada vəfat edib.