Qətərdə keçirilən 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb. Bu barədə martın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin saytında məlumat verilib.
Həmçinin sərgidə Bakı, Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub.
Ümumilikdə 10-14 mart tarixlərində keçirilən sərgidə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub.