Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb. Bu barədə 6 mart tarixində Report məlumat verib.
Hadisə yolun 101-ci km-də qeydə alınıb.
Qəza nəticəsində Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.