Bakı-Astara avtomobil yolunun Ələt qəsəbəsindən keçən hissəsində yol qəzası zamanı bir nəfər dünyasını dəyişib. Bu barədə noyabrın 7-də APA xəbər yayıb.
Salyan sakininin idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Daha sonra avtomobil alışıb.
Hadisə zamanı avtomobildə olan sərnişinlər çıxa bilib, lakin sürücü yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.