Bakının 3 saylı İstintaq təcridxanasında ananın oğlu üçün heroin və telefon keçirmə cəhdinin qarşısı alınıb. Bu haqda aprelin 11-də Report məlumat yayıb.
Qadın şalvarın cibində xüsusi üsulla hopdurulmuş 1,130 qram heroin gizlədib.
Ana oğlu ilə görüşə gələn zaman alt paltarında gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon da keçirməyə çalışıb.
Faktla bağlı araşdırma aparılır.