Azad edilən ərazilərdə ötən ay daha 1992 mina aşkarlanıb. Bu barədə 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat verib.
Avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1020 mina və 1121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
5264,14 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.