İyulun 31-dən avqustun 6-dək Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 194, tank əleyhinə 30 mina və 97 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bu barədə 7 avqust tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.
Bildirilib ki, 363,02 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
[gallery link="file" columns="1" size="full" ids="124790"]