Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması üçün sənəd qəbuluna başlayıb.
Bu barədə 24 iyul tarixində ANAMA məlumat yayıb.
İşə qəbul üçün coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və MS Office proqramları ilə bağlı biliklərin olması mütləqdir.
ArcGİS proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə seçim zamanı üstünlük veriləcək.
Qeyd edilən vakant vəzifələr Agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.
Sənəd qəbulu bu il avqustun 15-dək davam edəcək.
Sənəd qəbulu üçün lazım olan sənədlər: