Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb. Bu barədə APA 22 avqust tarixində xəbər verib.
Hövsan qəsəbəsinin Qum adası ərazisində 41 yaşlı Aynurə Kazımova yaşadığı evdə 34 yaşlı Ramil Hüseynovla görüş təşkil edib. Həmin vaxt evə gələn Kazımovanın oğlu əvvəlcə Hüseynovu bıçaqla döş qəfəsindən, sonra isə anasını sağrı nahiyəsindən yaralayıb.
Hadisəni törədən şəxs 103 zəng mərkəzinə məlumat verdikdən sonra polis bölməsinə gedib.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
R.Hüseynovun vəziyyəti ağır qiymətləndirilir.