Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə 27 iyul tarixində Report məlumat verib.
Hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Nəbiyeva Gülbənd Güləndam qızı ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub. O, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.