top
Andranikin məğlub olduğu, ermənilərin dəfələrlə qovulduğu LAÇIN
01 dekabr 2024, 00:00
- ↺ +

Andranikin məğlub olduğu, ermənilərin dəfələrlə qovulduğu LAÇIN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Laçın Azərbaycanın təbiəti, zəngin yataqları, flora və faunası, tarixi abidələri ilə məşhur olan rayonlarından biridir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon 2020-ci ildə 44 günlük müharibə zamanı azad edilib. Şuşa şəhəri düşməndən təmizləndikdən sonra 9 noyabr tarixində Azərbaycan əsgəri Güləbird, Səfiyan və Türklər kəndlərinə daxil oldu. 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu da bir güllə atılmadan 1 dekabr tarixində əsl sahiblərinə qovuşdu.

Laçın ərazisi unikal tarixi abidələr və ən qədim yaşayış məskənləri ilə zəngindir. 1926-cı ilə qədər adı Abdallar adlanan ərazidə 1930-cu ildə Laçın adlı inzibati ərazi vahidi, yəni rayon yaradılıb. Əvvəllər bu bölgədə Yuxarı Laçın adlı kəndin yerində salınan Laçın şəhəri onun mərkəzinə çevrilib. Burada Laçın adlı dağ zirvəsi də var.

Laçın sözü

Laçın adı ilə bağlı versiyalar müxtəlifdir. Bir iddiaya görə, tanınmış yazıçı Tağı Şahbazi ərazidəki dağ zirvəsinin adını, yəni Laçın adını şəhərə verib. Bu zirvə Simurq yaxınlığında yerləşir. Laçın isə məğrurluq mənasına gəlir.

Amma Laçın sözünə çox qədim mənbələrdə də rast gəlmək mümkündür. Mahmud Kaşqarlının məşhur əsərində bu söz “laçin” kimi qeyd edilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi, “çin” quş mənasını verir. Sıldırımlı qayalara yalçın deyilir və burada kı “la” və “yal” sözləri uçurum, sıldırım mənasına gəlir.

Başqa bir versiyaya görə, laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bəsir Əhmədovun “Etimologiya lüğəti” kitabında qeyd edilir: “M.Cümə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anlamını ifadə edən söz ayıq-sayıq (трезвый) “ayıq” mənasını verir”.

Laçın adına coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlmək mümkündür. Bu ad bir oronim, yəni dağ adı kimi məlumdur. Eyni zamanda Şuşada Laçınlar, Kəlbəcərdə Laçın, Laçınqaya adlı kəndlər də var. Bu da sözün oykonim olmasını sübuta yetirir.

Məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında “Laçın” sözü diqqəti cəlb edir. Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar köç ediblər. O zaman “Laçın” türk tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşmışdı.

Qeyd edək ki, “Laçın” türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayıblar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana köçüb. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəri hövzələri yaxınlığında məskən salıblar.

Orta əsr tarixçisi Kirakos Gəncəlinin əsərində Qarabağ ərazisində Laçın qalasının olması qeyd edilib. Mənbəyə görə, Laçn Həsən Cəlalın qalalarından biri olub. Orta əsrlərdə Azərbaycanda olan Laçın şəhərində pul da kəsilib. Çobani xanlarının dövründə şəhər inkişaf dövrünü yaşayıb.

Tarixi abidələri

Laçının ərazisi tarixi abidələrlə zəngindir. Bu ərazi Albaniya və Atropatena kimi dövlətlərin tərkib hissəsi olub.

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən  orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir. Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar,  at və qoç  fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar zəngin tarixdən bəhs edir. Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir. Məlik Əjdər türbəsi XIII-XIV əsrə aid kompleksdir və üzərində naxışlar, heyvan obrazları var. Kosalar kəndindəki Ağoğlan monastrı isə albanlaran mirasdır. Hüsülü kəndindəki Həmzə Soltan sarayı XVIII əsrə aiddir. Ümumiyətlə rayon ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr var. Məsələn, Zeyvə kəndində Soltanbaba, Şeyx Əhməd türbələri, Qarıqışlaq kəndində XI əsrə aid məscid, Dəmirovlu Pir-Məbəd, Sadınlar kəndində XVII əsrə aid məbəd, Quşçu kəndində XV əsrə aid Uşaq qalası, Sadınlar qalacığı, Mirik kəndində XV əsrə aid qala, məbəd, Bozlu kəndində qədim qəbirstanlıq, Xaçın yalı ərazisində XV əsrə aid Xaçın daşının adını çəkmək olar.

Erməni iddialarının iflası

1828-ci il Türkmənçay müqaviləsindən sonra Osmanlı dövləti və İrandan ermənilər kütləvi şəkildə Azərbaycan ərazisinə köçürüldü. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Xanlıqların ləğvindən sonra Laçın 1829-cu ilə yaradılan Qarabağ əyalətinin tərkibinə verildi. 1868-ci ildə isə Zəngəzur qəzasının bir hissəsinə çevrildi. 1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olub. Ermənilərin ərazi iddiaları 1918-ci ildə də kütləvi qırğınlarla davam edib. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

1992-ci ildə də ermənilər Laçını işğal etsələr də, 28 il sonra yenidən bu torpaqlardan qovuldular. Bu gün Laçında həyat canlanır, kəndlər inşa edilir, quruculuq işləri aparılır, laçınlılar doğma yurdlarına qayıdırlar...

 

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər