Ermənistan Qarabağın erməni separatçılarından ibarət nümayəndə heyəti yaradaraq noyabrın 15-də Fransaya göndərməyi təklif edir. Bu barədə noyabrın 5-də AZfront xəbər yayıb.
“Fransa görməlidir ki, bu təşəbbüsə həm Ermənistanda, həm də Artsaxda dövlət səviyyəsində dəstək var”, - erməni saytları bu cür yazır.
Qətnamə layihəsinin Fransa Senatında baxılması noyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Fransa Senatı ölkəmizə qarşı sanksiyalar tətbiq etmək istəyir. Bu sənəddə ölkəmizin, yəni hər birimizin ünvanına ittihamlar, Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb. Həmçinin Senat Azərbaycanı “kütləvi cinayətlər”də ittiham edir.
Buna cavab olaraq Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib. Bu günə qədər petisiya 80 minə yaxın imza toplayıb.
Bu təşəbbüsə dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Petisiyanın fars dilində imzalanma qaydası
Petisiyanın ingilis dilində imzalanma qaydası
Petisiyanın qazax dilində imzalanma qaydası
Petisiyanın özbək dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq