Cari ilin aprel ayından “Azərbaycan Hava Yolları” Özbəkistanın paytaxtı Daşkənd şəhərinə uçuşlar yerinə yetirəcək. Bu barədə 18 mart tarixində AZAL-ın Facebook səhifəsində məlumat verilib.
Bakı-Daşkənd-Bakı marşrutu üzrə uçuşlara aprelin 2-dən start veriləcək. Aprel ayı ərzində uçuşlar həftədə bir dəfə - şənbə günləri, may ayından isə həftədə iki dəfə - çərşənbə günləri də yerinə yetiriləcək.