Aprelin 3-də 26087 abituriyent imtahan verəcək. Bu haqda martın 31-də DİM məlumat verib.
İmtahanlar saat 11:00-da başlanır.
Bakıda 8396, Naxçıvanda 1508, Gəncədə 1871, Şəmkirdə 529, Qazaxda 710, Sumqayıtda 1145, Abşeronda 991, Mingəçevirdə 1083, Şəkidə 1265, Bərdədə 1513, Göyçayda 615, Kürdəmirdə 622, Şirvanda 677, Sabirabadda 838, Salyanda 854, Lənkəranda 1420, Cəlilabadda 555, Xaçmazda 1495 nəfərin imtahanda iştirakı nəzərdə tutulub.
İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək.