Bu il Azərbaycandan 1 980 baş at ixrac olunub.
Bu barədə 27 oktyabr tarixində Report AQTA-nın sədri Qoşqar Təhməzliyə istinadən məlumat verib.
Onun sözlərinə görə, ölkə indi atlar arasında manqo xəstəliyindən azad status əldə edib: "Əvvəl bu xəstəliklə əlaqədar atların ixracına icazə verilmirdi. Artıq bu xəstəliklə bağlı atlar arasında stabillik əldə olunub".