Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı Nuranə Hamlet qızı Mollayeva uzun sürən xəstəlikdən vəfat edib. Bu barədə 18 avqust tarixində İnstitut məlumat verib.
Nuranə Mollayeva 1995-ci il martın 3-də anadan olub. O, Bakı Dövlət Universitetini bitirərək bioloq ixtisasına yiyələnib. Türkiyənin Anadolu Universitetində biotexnologiya ixtisası üzrə magistr təhsili alıb. 2019-cu ildən AQTİ-də “Analitik Ekspertiza Mərkəzi” Departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışmağa başlamışdı.