Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.
Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 25 yanvar tarixində xəbər verir.
Baş Prokurorluğun İstintaq İdarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatları təmin edib və onların hər biri barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.
Separatçılar sülh və insanlıq əleyhinə müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.