“Araz-Naxçıvan” yeni qapıçı ilə müqavilə bağlayıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 18 iyul tarixində xəbər verir.
Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.
32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.
Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.