"Prestij-Kimya" MMC-yə Araz Vadisi İqtisadi Zonasının rezidenti statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında paylaşım edib.
Onun sözlərinə görə, yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək: “İnvestisiya dəyəri 4,8 milyon manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək”.
Qeyd edək ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Prezidentinin 2021-ci ilin 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb.
#İnvestisiya dəyəri 4,8 mln. ₼ olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək.
2/2#EconomyAz pic.twitter.com/oQBdEG2Y1L
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 4, 2022