Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.
Bu barədə 25 aprel tarixində Report məlumat verib.
Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.
R.T.Ərdoğan, eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.