Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə İnsanoid bu gün, 15 iyun tarixində xəbər verir.
Türkiyə dövlət başçısı "Twitter" səhifəsində paylaşım edib.
“Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - Ərdoğan bildirib.