top
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
08 noyabr 2023, 07:23
- +

Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 8 noyabr tarixində xəbər verib.

Məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım!

Onilliklər boyu işğal altında qalmış əzəli Azərbaycan torpaqlarının ana Vətənə geri qaytarıldığı Zəfər Gününün üçüncü ildönümü münasibətilə başda Zati-aliniz olmaqla bütün can azərbaycanlı qardaş və bacılarımı türk milləti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Cümhuriyyətimizin yaranmasının və xatirəsini ehtiramla yad etdiyimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu 2023-cü ildə bu mübarək Zəfər Gününü qeyd etməkdən böyük qürur duyuram.

Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı. Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur.

Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

İşğaldan azad edilmiş bölgələrdə apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyimi və Türkiyə olaraq, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm.

"Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan, "Sevincdə və kədərdə birlik" anlayışı ilə yoğrulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram.

Zəfərimiz mübarək, birliyimiz əbədi olsun!".

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
Bu gün, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
Dünən, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
Dünən, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
Dünən, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
Dünən, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
Dünən, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Bütün Xəbərlər
06 avqust 2026, 15:12

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 12:24

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində qərar elan olunub - YENİLƏNİB - FOTO

Bütün Xəbərlər
06 avqust 2026, 11:52

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB

Bütün Xəbərlər
06 avqust 2026, 11:45

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün Xəbərlər
06 avqust 2026, 10:59

Gürcüstana gedən vətəndaşlar Bakıya qatarla qayıda bilmir - ADY-dən AÇIQLAMA

Bütün Xəbərlər
06 avqust 2026, 10:41

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
05 avqust 2026, 17:02

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün Xəbərlər
05 avqust 2026, 16:43

Məleykə Abbaszadə abituriyentlərə ÇAĞIRIŞ edib

Bütün Xəbərlər
05 avqust 2026, 15:49

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
05 avqust 2026, 14:42

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Bütün Xəbərlər
05 avqust 2026, 14:13

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Bütün Xəbərlər
05 avqust 2026, 10:50

Amerikada yaşayan türkəsilli tədqiqatçı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Bütün Xəbərlər
05 avqust 2026, 10:10

MİQ üzrə vakansiya seçimi başladı

Bütün Xəbərlər
04 avqust 2026, 14:33

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

Bütün Xəbərlər
04 avqust 2026, 14:31

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Oxşar xəbərlər