Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb. Bu barədə 19 iyun tarixində Report Hərbi Prokurorluğa istinadən məlumat verib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Fakt üzrə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.