Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb.
Bu barədə İnsanoid Ermənistan teleqram kanallarına istinadən bu gün, 2 fevral tarixində xəbər verir.
“Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.