Astarada ikimərtəbəli evdə yanğın olub. Bu haqda 13 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Şuvi kəndində ümumi sahəsi 576 m² olan mansarda tipli evin konstruksiyaları yanıb. Evin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.
Ötən il Azərbaycanda 14503 yanğın olub. Nəticədə 38 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.