Astarada su polisi tərəfindən qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Bu barədə 9 aprel tarixində daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz Facebook səhifəsində məlumat verib.
Məlumata əsasən, nəticədə qeyri-qanuni quraşdırılan torlar və digər qurğular su hövzələrindən çıxarılaraq məhv edilib.
Qeyd edilib ki, 2022-ci ilin üç ayı ərzində Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı tərəfindən qanunsuz ovla bağlı 6 cinayət və 9 inzibati icraat işi açılıb.