Biləsuvarda atasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə İnsanoid Biləsuvar Rayon Prokurorluğuna istinadən bu gün, 29 dekabr tarixində məlumat verir.
Sentyabrın 7-də 1972-ci il təvəllüdlü Biləsuvar rayon sakini Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonunun Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.