Komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb. İnsanoid bu haqda 30 iyun tarixində Report.az-a istinadən xəbər verir.
İdmançılar İspaniyada keçirilən U-20 Avropa çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Mustafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal əldə ediblər.