Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci qələbəsini qazanıb. Bu barədə martın 15-də Azərbaycan Boks Federasiyası məlumat yayıb.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) məğlub edib. O, 1/8 final mərhələsi çərçivəsində ev sahibini 5:0 hesabı ilə udub.
1/4 final qarşılaşması martın 19-da baş tutacaq. Təmsilçimiz fransalı Hüqo Qrau ilə mübarizə aparacaq.