Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/8 final döyüşləri başa çatıb. Mərhələnin yekununa əsasən, Azərbaycan millisinin üzvləri - Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) rəqibləri dəqiqləşib. Bu haqda martın 18-də Boks Federasiyası məlumat yayıb.
1/8 finalda Marian Çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan Qədirovla qarşılaşacaq. Xasmetov isə 1/4 finalda Taha Akkoyunla (Türkiyə) mübarizə aparacaq.
Hər iki görüş martın 19-da baş tutacaq. Avropa çempionatında qaliblərin adları martın 23-də bəlli olacaq.
Həmin gün yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da çıxış edəcək. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) ilə üz-üzə gələcək.