"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Bu barədə İnsanoid 15 dekabr tarixində xəbər verir.
“Köhlən atlar” turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda vəsiqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
Rövnəq Abdullayev “Qarabağ”ın daha bir tarixi uğura imza atdığını bildirib.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.