Avstraliya qitəsinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə Report 12 dekabr tarixində xəbər verib.
Təyyarə yerli vaxtla saat 08:50-də (Bakı vaxtı ilə 01:50) Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində elektrik xətti ilə toqquşub.
Hadisə yerinə polis əməkdaşları, o cümlədən təcili tibbi yardım briqadaları cəlb edilib.
Təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu güman edilir.