Hacıqabulda qəza olub. Bacı və qardaş xəsarət alıblar. Bu haqda 5 fevral tarixində Report.az-a istinadən xəbər veririk.
Hadisə dünən axşam baş verib. Bakı-Qazax magistral yolunda idarəetmədən çıxan “Mersedes” yolun kənarına aşıb. Nəticədə Bakı şəhər sakinləri - 15 yaşlı Ayxan Əzizli və bacısı, 16 yaşlı Aydan Əzizli müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.