Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qəza baş verib. Bu haqda İnsanoid noyabrın 1-də Report-a istinadən xəbər verir.
"Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yolayrıcı olan dəmir maneəyə çarpılıb. Nəticədə bir ailənin dörd üzvü - 1995-ci il təvəllüdlü N.Qəhrəmanlı, 1998-ci il təvəllüdlü Ə.Qəhrəmanlı, onların 1 və 2 yaşlı övladları müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxş və normal hesab olunur.
Faktla bağlı araşdırma aparılır.