Bərdədə avtomobil traktorla toqquşub. Bu haqda oktyabrın 26-da APA məlumat yayıb.
Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb.
Belə ki, Eldar İmanov idarə etdiyi avtomobildə eyni istiqamətdə hərəkət edən traktorun qoşqusu ilə toqquşub. Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Rəqqasə Kərimova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.