“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb. Bu barədə “Qafqazinfo”ya Süleymanovanın özü məlumat verib.
O bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb: “Dünən AZAL-də sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam”.
Qeyd edək ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi. Hələ ki həmin vəzifəyə təyinat yoxdur.