Bu gün, aprelin 7-də Azərbaycanlı qrosmeyster Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağını öz Facebook səhifəsi vasitəsilə bildirib.
"Nə qədər ki, FIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna!", - deyə şahmatçı yazıb.
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FIDE prezidenti isə rusiyalı Arkadiy Dvorkoviçdir.