Trans-Adriatik Boru Xətti (TAP) ilə Azərbaycandan Avropaya 10 milyard m³ təbii qaz çatdırılıb. Bu barədə energetika naziri Pərviz Şahbazov öz Twitter hesabında 17 mart tarixində məlumat verib.
Məlumatda deyilir ki, hazırda Avropaya gündəlik 28 milyon m³-dən çox qaz nəql olunur.
Qeyd edək ki, 878 kilometrlik TAP qaz boru kəmərinin tikintisi 2020-ci ildə tamamlanıb. Bu kəmər vasitəsilə “Şahdəniz-2” yatağından hasil olunan təbii qaz Avropaya daşınır. TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagás” (16%) və “Axpo” (5%) şirkətləridir.
Azərbaycandan ümumilikdə 10 mlrd.m3 #TəbiiQaz TAP ilə Avropaya çatdırılıb. Hazırda Avropaya gündəlik 28 mln.m3-dən çox qaz nəql olunur. #TAP istehlakçıların enerji təchizatına töhfələrini artırmaqla bərabər Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir. pic.twitter.com/aJq5HoWPpD
— Parviz Shahbazov (@ParvizShahbazov) March 17, 2022