Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun nümayəndələri həmin ölkənin ordusuna xüsusi sifarişlə hazırlanmış 1 000 qutu dərman ləvazimatları verib. Bu haqda martın 19-da qurumun rəsmisi Hikmət Cavadov Report-a bildirib.
Onun sözlərinə görə, dərmanlarla yanaşı 1 000 ədəd konserv və ilkin zərurət ləvazimatları təqdim edilib.
Qeyd edək ki, diasporun rəhbərliyi Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün Ukraynanın improvizə teatr qrupu olan "Qara kvadrat" ilə fevralın 23-də Bakıya gəlib. Lakin daha sonra Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması ilə hava məkanının bağlanması səbəbindən onlar Azərbaycanda qalıblar.