2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barel olub. Bu barədə məlumat 16 mart tarixində Energetika Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.
Məlumata əsasən, bunun 566,3 min barelini xam neft, 117,8 min barelini isə kondensat təşkil edib.