Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ilk dəfə olaraq Hindistana karbamid gübrəsi ixrac edib. Bu barədə 12 aprel tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat verib.
Məlumata əsasən, ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.
Zavod 2019-cu ildən fəaliyyət göstərir. Sözügedən zavod ölkənin azot gübrəsi idxalından asılılığının aradan qaldırılmasında və yerli fermerlərin tələbatının ödənilməsində böyük rol oynayır. Onun məhsulları “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.