Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25% bəndi artırılaraq 7,75%-ə çatdırılması barədə qərar qəbul edib. Bu barədə 18 mart tarixində Mərkəzi Bank məlumat verib.
Belə ki, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qaldırılıb.
Qeyd olunub ki, qərar bu gündən qüvvəyə minir. Məlumata əsasən, pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il aprel ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.