top
Azərbaycan musiqisində ilk dəfə muğamla cazı birləşdirən Vaqif Mustafazadə
15 mart 2022, 23:42
- ↺ +

Azərbaycan musiqisində ilk dəfə muğamla cazı birləşdirən Vaqif Mustafazadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar artisti Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda İçəri Şəhərdə anadan olub. O, 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da elə bu zaman gəlib. Mustafazadə burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

Pianoçu 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub. Bəstəkar 1979-cu ildə Monakoda yeni caz festivalında iştirak edib. Bu tədbirin şərtlərinə görə, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən: “Azərbaycan, Vaqif Mustafazadə”,- eşidilib. O, Azərbaycana “Ağ royal” mükafatı ilə qayıdıb.

“Muğam” simfoniyasının (tamamlanmamış) müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni Caz-Muğam devizinin təsisçisidir. O, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda Yasamal qəbiristanlığında dəfn olunub. O, həmin ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.

İncəsənət xadimi haqqında “Caz əfsanəsi — Vaqif Mustafazadə” adlı sənədli film çəkilib. 1989-cu ildə cazmenin ev-muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri onun anası Zivər xanım olub. 2004-cü ildə ev təmir edilib və Mədəniyyət Nazirliyinin nəzdində dövlət muzeyi kimi fəaliyyətə başlayıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Bütün Xəbərlər
Dünən, 16:46

Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab məsələsinə münasibət bildirib

Bütün Xəbərlər
Dünən, 15:52

Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: "Bıçağı corabımdan çıxardım…"

Bütün Xəbərlər
Dünən, 15:40

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib - VİDEO

Bütün Xəbərlər
Dünən, 14:20

YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb

Bütün Xəbərlər
Dünən, 14:02

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib

Bütün Xəbərlər
Dünən, 13:46

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Bütün Xəbərlər
Dünən, 13:37

Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Bütün Xəbərlər
Dünən, 13:01

Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyib...

Bütün Xəbərlər
Dünən, 12:52

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:45

Motosiklet qəzasında həyatlarını itirən şəxslərin ölümdən əvvəlki son görüntüləri ortaya çıxıb

Bütün Xəbərlər
Dünən, 11:57

Oktyabrın 15-də dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 11:39

Balidə benzinin bitməsi adanı iflic edib - VİDEO

Bütün Xəbərlər
Dünən, 11:31

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 11:24

"Joxovurd": Ermənistana keçən Azərbaycan hərbçisi heç kimə zərər vermək niyyətində olmadığını bildirib

Bütün Xəbərlər
Dünən, 11:12

Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu

Bütün Xəbərlər
Dünən, 11:04

AFFA "Neftçi"ni 5000 manat cərimələyib

Bütün Xəbərlər
Dünən, 11:01

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:50

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Bütün Xəbərlər
Dünən, 10:30

"Roşka" ləqəbli tiktokerə hökm oxunub

Bütün Xəbərlər
Dünən, 09:26

UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Oxşar xəbərlər