2022-ci ilin 2 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın emal sənayesində 26,5%, qeyri-neft emal sənayesində isə 27% artım qeydə alınıb. Bu barədə 18 mart tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
Məlumata əsasən, ən çox artım avtomobil, qoşqu, yarımqoşquların və digər nəqliyyat vasitələrinin istehsalında müşahidə olunur.
Azərbaycanda #qeyrineft sektorunun inkişafında prioritet sahələrdən olan #emalsənayesi-ndə bu ilin ilk 2 ayında ötən ilin müvafiq dövrünə nisbətən 26,5%, qeyri-neft emal sənayesində isə 27% artım qeydə alınıb.#EconomyAz pic.twitter.com/NDXMdVFE7Q
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 18, 2022