Cari ilin mart ayı ərzində Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsində 432,5 ton Azərbaycan pomidorunun idxalına icazə verilməyib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") hesabatında deyilir.
Qeyd edilib ki, ümumi Azərbaycan və İrandan gələn 65 min tondan çox məhsul yoxlanılıb. Həmçinin İrandan gələn 130 ton tərəvəzin idxalına icazə verilməyib.