Ötən gecə Azərbaycanın İranla sərhədində insident baş verib. Bu barədə aprelin 8-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd ərazisində 3 nəfər naməlum şəxs görünmüşdü. Sərhəd pozucuları müqavimət göstərdiklərindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, biri saxlanılıb, digəri isə axtarışdadır.
Onlardan Kalaşnikov avtomatı, 24 kiloqram 730 qram narkotik vasitə, 300 ədəd psixotrop tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim etmişdir.
Faktla bağlı cinayət işi açılıb.