Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib və onun barəsində cinayət işi açılıb. Bu haqda martın 16-da Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Onun maddi maraq müqabilində Ermənistan xüsusi xidmət orqanı ilə əməkdaşlığa cəlb edilməsi, dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması və verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Məmmədov Cinayət Məcəlləsinin “dövlətə xəyanət” maddəsilə məsuliyyətə cəlb olunub və həbs edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.