Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə başsağlığı verib. Bu haqda məlumat aprelin 8-də qurumun saytında yerləşdirilib.
Nazir terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.
Qeyd edək ki, dünən Təl-Əvivdə Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində terror aktı törədilib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Cinayətkar, 28 yaşlı Raed Xazemi aprelin 8-də zərərsizləşdirilib.
O, Fələstinin Cenin şəhərindəki məsciddə şəhid elan edilib.